Bir qədər əvvəl “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan tanınmış teleaparıcı Nərmin Salmanova işindən ayrılıb.
Globalinfo.az xəbər verir ki, aparıcı bu haqda sosial şəbəkə hesabında paylaşım edib.
“Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu.
Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil.
Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”, – o qeyd edib.
Qeyd edək ki, Nərmin Salmanova CBC Sport və İTV kanallarında aparıcı olub.
Zaira Akifqızı
Globalinfo.az