Tramp2

ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiyadakı amerikalı nümayəndələr Ukrayna münaqişəsinin diplomatik həlli yollarını öyrənirlər.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqton sülh prosesi üçün real imkanların olub-olmadığını müəyyən etməyə çalışır.

“Biz Ukraynada nizamlanmanın mümkün olub-olmadığını müəyyən etməyə çalışırıq. Nümayəndələrimiz Rusiyada bunun üzərində işləyirlər. Ümid edirəm ki, bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olacaq.

Biz artıq bu münaqişədə maliyyə baxımından iştirak etmirik. Bayden sanki konfet paylayırmış kimi 350 milyard dollar verib”, – deyə ABŞ lideri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: