siyavus mecli

“2026-cı il büdcəsində nəzərdə tutulan artımlar tamamilə məqsədəuyğundur. Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin artırılması son proseslər fonunda bu qərarın nə dərəcədə doğru olduğunu bir daha göstərdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Azərbaycana əl uzadan, müstəqilliyinə xələl gətirmək istəyən və ölkəni hansısa xarici dövlətin təsiri altında göstərməyə çalışan şəxslər qanun qarşısında cavab verəcəklər və uyğun şəkildə cəzalandırılacaqlar. Onların kimliyinin və hansı sahədə fəaliyyət göstərməsinin fərqi yoxdur”, – o bildirib.

Deputat qeyd edib ki, yerli özünüidarəetmə sistemində hər il artımlar müşahidə olunurdu:

“Lakin 2026-cı ildə bu sahədə artım nəzərdə tutulmayıb. Mən bunun doğru qərar olmadığını düşünürəm.

Digər tərəfdən, rayonlarımız dövlətdən dotasiya almamaq şərti ilə gəlirlərini toplayır və bu gəlirlərin 50 faizi yerli büdcələrdə qalır. Bu göstəricinin 70 faizə qaldırılması daha məqsədəuyğun olardı.

Üçüncü məsələ isə siyasi partiyalarla bağlıdır. Azərbaycan maraqlarını müdafiə edən siyasi partiyaların büdcələrinin artırılmasına imkan yaradılmalıdır (Müsavat və AXCP vətən xainlərindən başqa)”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: