samiq

Naxçıvan Muxtar Respublikasına yeni səhiyyə naziri təyin olunub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

***14:47

Dekabrın 1-də Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

Globalinfo.az-ın məlumatına görə, APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar layihəsi səsə qoyulub.

    Qərar qəbul edilib.

    Paylaş: