screenshot 2025 11 29 154142 1764416508445

Lelo-Güclü Gürcüstan Partiyasının liderlərindən Aleko Elisaşvili Tbilisidə həbs edilib. 

Globalinfo.az xəbər verir ki, onun vəkili Giorgi Rexviaşvili həbsin səbəbinin açıqlanmadığını bildirib.

Müxalifət liderinin polis tərəfindən Tbilisidəki baş idarəyə aparıldığı deyilir.

Məlumata görə, Aleko Elisaşvili noyabrın 28-də Tbilisidə keçirilən etiraz aksiyasında iştirak edib. O, həmçinin 2024-cü il dekabrın 2-də Gürcü Arzusu Partiyasının həmtəsisçisi Əli Babayevin döyülməsi ilə bağlı istintaqa cəlb olunub. 

Elisaşvilini 3 ilə yaxın həbs qərarın gözlədiyi ehtimal olunur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: