Baş nazir Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.
Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Dubay Beynəlxalq Hava Limanında Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.















