Bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Globalinfo.az xəbər verir ki, bu bərədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
“Briqada tərəfindən 2-si qadın, 3-ü kişi olmaqla 5 nəfər müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır”, – məlumatda qeyd edilib.
***10:39
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.
Sərnişinlər – 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.