photo 2025 11 28 01 28 11 1

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Moşteanu sosial şəbəkədə açıqlama yayıb.

O, “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib.

Qeyd edək ki, Moşteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb.

Daha sonra nazirin paytaxtdakı Bioterra Universitetində təhsil aldığı bəlli olub. Sənədlərə əsasən, o, 1995-ci ildə daxil olub, 2016-cı ildə buraxılış imtahanları verib, diplom isə 2018-ci ilə tarixlənib. 2015-ci ildən etibarən isə ali təhsil tələb edən vəzifələrdə – nəqliyyat nazirinin müşaviri və TAROM dövlət aviaşirkətinin idarə heyətinin üzvü kimi çalışıb.

Y.Moşteanu 23 iyunda müdafiə naziri təyin olunub. Bundan əvvəl USR partiyasından parlamentdə deputat və nəqliyyat nazirinin müşaviri olub.

Paylaş: