Ukrayna ölkənin cəbhə xəttindəki kritik vəziyyətlə əlaqədar Rusiyanın atəşkəs şərtlərini qəbul etməlidir.
Globalinfo.az xəbər verir ki, bu çağırışı Geostrateji Tədqiqatlar Mərkəzinin analitiki Lukas Leiros “InfoBRICS” üçün yazdığı məqalədə edib.
Onun sözlərinə görə, yalnız Moskvanın tələblərinə əməl etmək Kiyevə döyüş meydanında daha böyük fəlakətdən qaçmağa imkan verəcək.
“Münaqişənin istənilən davamı Ukrayna üçün son dərəcə təhlükəli və qeyri-ardıcıl görünür”, – ekspert hesab edir.
Tahir Turan
Globalinfo.az