“Baş nazir Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirdiyi görüş ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyıb və biz əsas məqsədimizə nail olmuşuq”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O bildirib ki, danışıqların əsas məqsədi Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı zəmanət əldə etmək idi və bu hədəfə nail olunub.
“Putin Orbanı əmin etdi ki, Rusiya təbii qaz və neft tədarükü üzrə müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirəcək. Razılaşdırılmış həcmlər vaxtında Macarıstana çatdırılacaq,” – deyə nazir bildirib.
O əlavə edib ki, əgər Ukrayna üzrə sülh danışıqları baş tutsa, bu görüş Budapeştdə keçiriləcək. Çünki bu barədə Putin Orbana söz verib.
Əliyar Xəlil