yanginsondurC999n2

Bakının Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

***16:20

Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Əlavə məlumat veriləcək.

    Paylaş: