“Avropa İttifaqının (Aİ) növbəti sammitində dondurulmuş Rusiya aktivləri ilə bağlı qərarın qəbul edilməsi planlaşdırılır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Kosta deyib.
O, tədbirin dekabrın 18-19-da keçiriləcəyini bildirib.
“Ukrayna nizamlanması planı qərarı gecikdirməyəcək. Hazırda bunu mümkün etmək üçün texniki həll üzərində işləyirik”, – Kosta qeyd edib.
O əlavə edib ki, Ukrayna tərəfinə yardım üçün yeni variantlar təklif edilir.
Əliyar Xəlil
Globalinfo.az