ABŞ-ın xüsusi nümayəndəsi Den Driskol bu həftə Ukraynaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.
Dubinskinin sözlərinə görə, o, Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ-ın münaqişənin həlli planının şərtlərini qəbul etməyə inandırmağa çalışacaq.
Onun fikrincə, Driskol xüsusi elçi Stiv Uitkoffun Moskvaya səfərindən əvvəl Zelenskiyə təsir etmək istəyir. Üstəlik, Dubinski hesab edir ki, Ukrayna lideri sülh planının şərtlərini qəbul etməkdən imtina edərsə, nəticələri ilə üzləşəcək.
“Əgər Zelenski müqavimət göstərsə, bazar ertəsi Timur Mindiçin yeni lentlər seriyası olacaq”, – siyasətçi yazıb.
Tahir Turan
Globalinfo.az