6926eb1d491958d15fea9825 2

Milli Məclisin deputatı Novruzəli Aslanov 2025-ci il 27 noyabr tarixində növbəti dəfə vətəndaşları qəbul edib.

Globalinfo.az “aia.az”a istinadla xəbər verir ki, seçicilərlə bu dəfəki görüş millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbul zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

6926fb5e810730ad4dcebc71 2 6926fb27810730ad4dcebc6e 6926fba6810730ad4dcebc77 3 69209773b1c9069209773b1c91176374360369209773b1c8e69209773b1c8f 22

Paylaş: