IMG 8546

“44 günlük müharibə ilə bağlı müxtəlif epizodlar üzrə məhkəmə prosesləri gedir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Hökumət iclasından sonra Paşinyana ünvanlanan sualda qeyd olunub ki, o, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, müharibədən sonra Kəlbəcər, Laçın, Zəngilan və Qubadlının ərazilərinin təhvil verilməsinə razılaşıb. Eləcə də onun əmri ilə qoşunların geri çəkilməsi baş verib və nəticədə 2021-ci ildə Azərbaycan hərbçiləri bir sıra strateji yüksəkliklərə yerləşib, daha sonra 2022-ci ildə yenidən ərazilər itirilib.

Paşinyan cavabında deyib ki, bu mövzuda araşdırma aparılıb:

“Mən 5 saat ifadə vermişəm, parlamentin istintaq komissiyasında da açıq şəkildə dindirilmişəm. Üstəlik, xalq tərəfindən də qiymətləndirilmişəm — 2021-ci il seçkiləri həmin qiymətləndirmə idi. Müharibə ilə bağlı elə bir şey varmı ki, cəmiyyət bilməsin? Elə bir gizli məqam yoxdur”.

O əlavə edib ki, cinayət işləri ilə bağlı deyilənlərin də əksəriyyəti artıq cəmiyyətə məlumdur və yeni, gizli məlumat axtarmaq yanlış yanaşmadır:

“Mənim addımlarım araşdırılıb, yenə də araşdırıla bilər və davamlı olaraq araşdırılsın”.

Paşinyan qoşunların müəyyən ərazilərdən çıxarılması ilə bağlı suala cavabında deyib ki, həmin yerlər beynəlxalq hüquqa görə Ermənistan ərazisi olmayıb:

“Mən heç vaxt Ermənistanın hər hansı qoşununun Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması ilə bağlı əmr verməmişəm”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: