lk

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Globalinfo.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

  1. Quliyev Elçin Musa oğlu,
  2. Salayev Ayaz Ramiz oğlu,
  3. Məmmədova Şəfiqə Haşımovna,
  4. Məmmədov Nəriman Kamileviç,
  5. Məmmədov Hikmət Baba oğlu,
  6. Məmmədov Vüsal Fəxrəddin oğlu.

 

Paylaş: