İnsan beyninin beş əsas mərhələsi üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Kembric Universitetinin alimləri yeni araşdırma aparıb.
Bildirilib ki, bu beş mərhələyə görə, yeniyetməlik 9 yaşında başlayır və 32 yaşa qədər davam edir.
Tədqiqatçılar 0-90 yaş arası 3802 insanın beyin skanını müqayisə ediblər. Onların təhlili göstərib ki, insanın orta ömrü dörd əsas mərhələyə bölünür: uşaqlıq, yeniyetməlik, yetkinlik, erkən qocalma və gec qocalma.
Alimlərin fikrincə, otuz yaşınızın əvvəlindəsinizsə və hələ də tam hüquqlu bir yetkin kimi hiss etmirsinizsə, səhv etmirsiniz, çünki yeniyetməlik 32 yaşa qədər davam edir.
Sözügedən 5 mərhələ belədir:
Uşaqlıq (0-9 yaş), yeniyetməlik (9-32 yaş), yetkinlik (32-66 yaş), erkən qocalma dövrü (66 yaşından başlayaraq), gec qocalma dövrü (83 yaşından başlayaraq).
Günel Cəlil
Globalinfo.az