ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında yaşanan insidentə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Milli Qvardiyanın iki əsgərini güllələyən qatil ağır yaralanıb. Amma bu əməli ona çox baha başa gələcək. Allah Böyük Milli Qvardiyamızı, bütün hərbçilərimizi və hüquq-mühafizə orqanlarını qorusun.
Bunlar həqiqətən də böyük insanlardır. Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq sizinləyəm!” – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ağ Ev yaxınlığında silahlı instident nəticəsində iki hərbçi ölüb.