Latviya hökuməti Rusiyaya gedən dəmiryolu xəttinin sökülməsi ehtimalını araşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç məlumat verib.
O bildirib ki, şərq sərhədindəki dəmiryolu infrastrukturunun sökülməsi məsələsi 2025-ci ilin sonuna qədər təhlil olunacaq.
Eyni zamanda, Rinkeviç bu mövqeyini Litva və Estoniya ilə razılaşdıracaq. Onun sözlərinə görə, vəziyyət gələn ilin əvvəlində aydınlaşacaq.
Tahir Turan
Globalinfo.az