Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə edilib.