kimin qizi

Şimali Koreyada üzərində ölkə lideri Kim Çen İn və qızı Kim Çjeu Yenin fotoları olan poçt markaları buraxılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Poçt Korporasiyası məlumat yayıb.

Markalarda Şimali Koreya lideri və onun qızının ötən ilin noyabrında “Hvason-17” qitələrarası ballistik raketin sınaq buraxılışında çəkilmiş fotoşəkilləri əks olunub.

Qeyd edək ki, bu, Şimali Koreyada ölkə lideri ilə qızının fotoları əks olunan ilk markadır.

Paylaş: