“Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsini yalnız rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla müzakirə etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna liderinin aparat rəhbərinin müşaviri Aleksandr Bevz deyib.
“İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarda bəzi məsələlərə düzəliş edildi və həll yolları tapmağa cəhdlər oldu. Lakin prezidentimiz açıq şəkildə bildirdi: Ukrayna ərazisini yalnız Putin və ya Trampla müzakirə edilə bilər. Sərhədlə bağlı istənilən müzakirə Rusiya qoşunları ilə mövcud təmas xəttindən başlamalıdır, ondan kənarda deyil”, – Zelenskinin ofisinin müşaviri bildirib.
Əliyar Xəlil
Globalinfo.az