gpl

Bakının Sabunçu rayonunda yerləşən Zabrat gölü son illərdə sürətlə quruyub. Sözügedən vəziyyət ekoloji baxımdan yeni narahatlıq yaradıb.

Bu, ölkəmizə nə vəd edir? Başqa hansı göllərimiz eyni təhlükə ilə üz-üzədir?

Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayev bildirib ki, Abşeron yarımadasında 200-dən çox göl mövcuddur:

“Onların əksəriyyəti təbii mənşəlidir və demək olar ki, hamısı birbaşa və ya dolayı yolla Xəzər dənizi ilə əlaqəlidir. Zabrat gölü kimi bəzi göllər isə antropogen mənşəlidir, xüsusilə neft hasilatı ilə bağlı çirklənməyə məruz qalıb. Son dövrlərdə ölkədə ekologiya sahəsində aparılan islahatlar nəticəsində Hövsan kanalı vasitəsilə axıdılan tullantı suların həcmi azaldılıb, mərkəzi kanalizasiya sistemləri qurulub və bu, əvvəllər bir sıra ərazilərə axıdılan fekal suların qarşısını alıb. Neft sənayesində yaranan suların utilizasiyası da normaya salınıb və artıq Zabrat gölü kimi göllərə atılmır”.

arzu

Arzu Mustafayev

Ekoloqun sözlərinə görə, Balaxanı yatağında neft hasilatı zamanı yaranan səth və səmt sularının böyük hissəsinin göllərə axıdılması dayandırılıb:

“Cavad gölünün suyunun azalması əsasən bu proseslərlə bağlıdır. Eyni zamanda, bir sıra göllərdə iqlim dəyişiklikləri, istilik və qrunt sularının səthə çıxma səviyyəsinin azalması da rol oynayır. Xəzərin su səviyyəsinin azalması isə bu prosesləri daha da sürətləndirir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: