maduro kilici cekti abd ile savas artik an 19293028 8065 amp

ABŞ-la Venesuela arasında gərginlik artarkən, minlərlə venesuelalı Vaşinqtonun təhdidlərinə etiraz etmək və Prezident Nikolas Maduroya dəstək vermək üçün küçələrə çıxıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.

Etirazçılar ABŞ-ın bölgədəki hərbi toplanışını “təhdid və hücum” kimi qiymətləndirərək, Maduronun şəkilləri olan plakatlar qaldırıblar və prezidentə dəstək şüarları səsləndiriblər.

Maduro iştirak etdiyi hərbi mərasimdə ölkənin simvolu olan Bolivar qılıncı ilə ABŞ-a diqqətçəkən mesajlar verib:

“Bu torpağın hər qarışını, haradan gəlməsindən asılı olmayaraq, təhdid və ya təcavüzə qarşı müdafiə etməyə hazır olmalıyıq. Onlar bizi məğlub edə bilməyəcəklər, çünki biz məğlubedilməzik. Aylarla üzləşdiyimiz psixoloji və siyasi müharibəyə baxmayaraq, təsvir olunmaz sayda dəstək mesajları alırıq”.

Venezuela lideri Maduro, ABD’nin B-52’lerine karşı kılıç çekti ‘Bizi asla yenemezler’

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: