69209773b1c9069209773b1c91176374360369209773b1c8e69209773b1c8f 19

Qarabağ“ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının V turu çərçivəsində İtaliyada “Napoli” ilə keçirilən oyunda huşunu itirib.

Globalinfo.az xəbər verir ki, buna səbəb rəqibin futbolçusu Skot Maktomineyin 51-ci dəqiqədə qapı çərçivəsinə vurduğu topun Medinanın üzünə dəyməsi olub.

Kolumbiyalı oyunçu həkimlərin müayinəsindən sonra oyuna davam edib.

“Dieqo Armando Maradona” stadionunda təşkil olunan görüşdə hesab hazırda 0:0-dır.

Paylaş: