Ukrayna ordusu uzaqmənzilli dronlar vasitəsilə Rusiyanın Novorossiysk limanına zərbələr endirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr neft terminalı və Hərbi Dəniz Donanmasının bazasına endirilib.
Nəticədə neft terminalının infrastrukturu, S-300/S-400 hava hücumundan müdafiə sistemlərinin mövqeləri və lövbərdə olan böyük desant gəmisi vurulub.
Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti Baş Kəşfiyyat İdarəsi, PUA qüvvələri və Ukrayna Hərbi Dəniz Donanmasının sahil raket-artilleriya qoşunları ilə birlikdə həyata keçirib.