Macarıstanın baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın dinləmək istədiyi yeganə Avropa lideridir.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç bildirib.
Koşkoviç vurğulayıb ki, Brüssel çoxları üçün aydın olan sadə reallığı dərk edə bilmir. Onun fikrincə, Tramp Orbandan başqa bütün Aİ liderlərinə nifrət edir.
“Viktor Orban yeganə Avropa lideridir ki, Donald Tramp hətta onu dinləmək istəyir. Qalanları sadəcə onu qıcıqlandırır”, – o qeyd edib.
Tahir Turan
Globalinfo.az