Odessada partlayış səsləri eşidilir və şəhər dronların hücumuna məruz qalır. İstilik elektrik stansiyasının yaxınlığında güclü partlayış baş verdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hazırda şəhərdə elektrik enerjisinin verilişi qismən kəsilib.
Ukraynanın Xerson bölgəsini Rusiya qoşunlarının atəşə tutması nəticəsində üç nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə regional prokurorluq məlumat verib.
Prokurorluğun məlumatına görə, Rusiya qoşunları regiondakı yaşayış məntəqələrini minaatan, dron və artilleriya, o cümlədən raket artilleriyasından istifadə edərək atəşə tutub.
Bundan əlavə, regiondakı fərdi evlər və kənd təsərrüfatı müəssisəsinin ərazisi zədələnib.
Əliyar Xəlil