
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Su-24” təyyarəsi vurulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun təyyarəsi Ukrayna hərbçiləri tərəfindən Baxmut üzərində vurulub. Buna baxmayaraq, pilot “möcüzəvi şəkildə” təyyarəni yerə endirə bilib. Hadisə zamanı zərər çəkən olmayıb.
Vurğulanır ki, məhz bu təyyarədən Y.Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı videonun çəkilişi zamanı istifadə edilib.
Qeyd edək ki, “Vaqner” “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojın tərəfindən yaradılmış silahlı qruplaşmadır.
Aqşin
Globalinfo.az














