rufer

“Bizim dövrümüzdə narkotik qəbul edən adamlar hörmətli oğlanlar idi. Elə bilirdik ki, bu, düz yoldur”.

Globalinfo.az xəbər verir ki, bunu meyxanaçı Rüfət Nasosnu “Qapqara” yutub verilişində danışıb.

“Sonradan gördüm ki, biz az dərinə getsən, adamın mənəviyyatı itər. Hörməti, pulu, inamı, abır-həyanı da qaytarmaq olur, amma zamanı yox. Və bu zaman müddətində sənin səhvin ucbatından itirdiyin yaxınlar qayıtmır. Məsələn, mənim atam üçün burnumun ucu göynəyir. Əzizlərimi səhvimə görə itirdim. Ən qorxulu tərəfi də odur ki, insan narkotiki tərgidə biləcəyini düşünür”, – deyə o bildirib.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: