Ermənistanın Ararat vilayətinin qubernatoru Sedrak Tevonyan Kərki kəndi ilə bağlı suala qəzəblənib.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyə gedən Tevonyan binaya daxil olarkən jurnalistlərlə qarşılaşıb.
Jurnalistlər ondan, “Tiqranaşenin (Kərki-red.) Azərbaycana təhvil veriləcəyi məsələsi də müzakirə edirsinizmi?”, – -deyə soruşublar.
Tevonyan buna cavab olaraq, “Burada kino çəkirsiz? Mən Ermənistanın suverenliyinin qorunmasının tərədarıyam. Siz gedin öz işinizlə məşğul olun”, – bildirib.
Qeyd edək ki, son zamanlarda demarkasiya prosesi çərçivəsində Kərkinin Başkəndlə mübadilə ediləcəyinə dair Ermənistan ictimaiyyəti və KİV-də ciddi müzakirələr gedir.
Əliyar Xəlil
Globalinfo.az