ABŞ Prezidenti Donald Trampın yeni sülh planının Ukrayna münaqişəsinin yekun həlli üçün əsas ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin səsləndirib.
Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Trampın təqdim etdiyi sənəd real danışıqlar üçün baza rolunu oynaya bilər:
“İnanıram ki, bundan Trampın planı yekun sülh nizamlanması üçün əsas kimi də istifadə oluna bilər”, – o qeyd edib.
Putinin sözlərinə görə, Moskva artıq ABŞ administrasiyası ilə mövcud kommunikasiya kanalları vasitəsilə bu layihənin yenilənmiş mətnini əldə edib. O deyib ki, sənəd Alyaska sammitində tərəflər arasında razılaşdırılmış əvvəlki modelin dəyişdirilmiş versiyasıdır.
Tahir Turan
Globalinfo.az