
Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları axşam saatlarında zəlzələ baş verən ərazidə əməliyyatlarını davam etdirir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər Kundisibaba bulvarı küçəsində axtarış icra edir.
Dağıntılar altından insan cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatlar davam edir.
Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıblar.