Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə təklif olunan yeni “sülh planları” ilə bağlı mediada yayılan məlumatlardan sonra Ukraynanın sülhə nail olmaq üçün ABŞ-la əməkdaşlığa tam hazır olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Zelenskinin sözlərinə görə, Ukrayna ilin əvvəlindən etibarən ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymağa yönəlmiş bütün qəti addımlarını və hər bir güclü, ədalətli təklifini dəstəkləyir. O qeyd edib ki, bu müharibəni bitirmək gücünə məhz Prezident Tramp və Amerika Birləşmiş Ştatları malikdir.
Ukrayna lideri eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən görüşdə Kiyev üçün qəbuledilən müzakirə formatları təklif etdiyini, Türkiyənin lazımi platformanı təqdim etməyə hazır olmasının Ukrayna üçün vacib olduğunu vurğulayıb.
Zelenski bildirib ki, Kiyev nəticə verə biləcək digər bütün mənalı formatlarda işləməyə açıqdır. Onun fikrincə, qan tökülməsini dayandırmaq və davamlı sülhə nail olmaq üçün əsas şərt tərəfdaşlarla koordinasiyalı fəaliyyət və ABŞ rəhbərliyinin effektiv şəkildə prosesin önündə qalmasıdır.