Ukrayna Prezidenti Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası ona qarşı üsyan hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, partiya üzvləri Prezidentlə arasına nifaq salır və onu şantaj etməyə çalışırlar.
Qonçarenko qeyd edib ki, bu gün Ali Rada Zelenskinin yaxın çevrəsindən bir neçə şəxsi işdən çıxarıb, bu da Prezidentlə partiya arasında gərginliyi artırıb. Onun sözlərinə görə, bəzi deputatlar parlament müxalifəti ilə əməkdaşlıq etməyi planlaşdırır:
“Partiya üzvləri üsyana hazırlaşır. Diqqət etmək lazımdır. Belə çıxır ki, onlar xalqı da üsyana təşviq edirlər”.
Tahir Turan
Globalinfo.az