“Qış aylarında Rusiyanın Avropa hissəsində havanın temperaturu əsasən normadan yüksək olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova deyib.
O bildirib ki, buna baxmayaraq, qış fəslinin ötən ildən daha soyuq keçəcəyi gözlənilir:
“Keçən ilin qışı çox isti keçdi. Yanvarda orta enliklərdə havanın temperaturu normadan 6 dərəcə (bəzi günlərdə isə 7 dərəcə) yuxarı idi”.
Bundan əvvəl Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskvada meteoroloji qışın noyabrın ikinci yarısında başlayacağını bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az