bayden 0i

“Qərb ölkələri Ukrayna ilə münaqişədə qələbədən sonra ona yeni problemlər yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Con Mirşimer deyib.

O bildirib ki, sabiq prezident Co Bayden başda olmaqla keçmiş Ağ Ev administrasiyası 2022-ci ildən Rusiya ilə açıq münaqişədə olub:

“Onlar Kremli Ukraynada məğlub etməyə cəhd edib, amma plan iflasa uğrayıb. Buna baxmayaraq Vaşinqtonun məğlubiyyəti qəbul etmək niyyəti yoxdur.

Ümid edirəm ki, bu barədə yanılıram. Amma düşünürəm ki, müharibədə uduzsaq, ruslara problem yaratmaq üçün böyük səylər etməli olacağıq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: