Qərbin miqrasiya siyasəti anqlo-saks etnik qrupunun yoxa çıxmasına səbəb olacaq.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov Teleqram kanalında yazıb.
Puşkov Kanadadakı demoqrafik vəziyyətə diqqət çəkərək bildirib ki, körpələrin 40 faizi əcnəbi qadınlar tərəfindən dünyaya gətirilir.
Onun sözlərinə görə, Kanadada yerli əhalinin əvəz olunması prosesi davam edir və 2044-cü ilə qədər bu göstəricinin 65 faizə yüksələcəyi gözlənilir.
Senator həmçinin Britaniya və ABŞ-da da oxşar tendensiyaların müşahidə olunduğunu vurğulayıb. Onun fikrincə, anqlo-sakslar bir etnik qrup kimi gələcəkdə sadəcə xatirəyə çevriləcəklər.
Tahir Turan
Globalinfo.az














