Böcek ailəsi niyə məhv oldu? – İlkin rəy açıqlandı

Böcek ailəsi niyə məhv oldu? - İlkin rəy açıqlandı

İstanbulun Fatih rayonunda həyatını itirən dördnəfərlik Böcek ailəsinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin hesabatında ailənin hoteldə kimyəvi maddəyə məruz qalaraq zəhərlənməsi ehtimalının daha yüksək olduğu, qida zəhərlənməsi versiyasının isə zəif qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb, onlardan dördü – qida satıcıları – məhkəmənin qərarı ilə həbs edilib.

Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılıb, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirib.