Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə ATACMS raketləri ilə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
“Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Uzaqmənzilli silahların, xüsusən də ATACMS-ın istifadəsi davam edəcək”, – bəyanatda bildirilir.














