Zelenski Türkiyəyə səfər edəcək – YENİLƏNİB

Zelenski Türkiyəyə səfər edəcək – YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sabah planlaşdırılan görüşü barədə danışıb. 

Globalinfo.az xəbər verir ki, Ukrayna lideri bildirib ki, türkiyəli həmkarı ilə ölkəsində sülhlə bağlı danışıqlar aparacaq.

Sabah mənim Prezident Ərdoğanla görüşüm var. Biz Ukraynada ədalətli sülhü necə təmin etmək barədə danışacağıq”, – Zelenski deyib.

***19:36

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə işgüzar səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran “X” platformasında paylaşım edib.

“Ankarada keçiriləcək görüşlərdə strateji tərəfdaşımız Ukrayna ilə gündəmimizdə yer alan məsələlərlə yanaşı, RusiyaUkrayna müharibəsinə dair son durum, o cümlədən İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həllə yönəlmiş səylər müzakirə olunacaq”,-deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.