1755280819 1736846491 peskovi 1024x659 1

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş ehtimalını dəyərləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.

“Hələlik heç bir plan yoxdur Amma Uitkoff bunu vacib hesab etsə, Putin söhbətə açıq olacaq”, – Peskov bildirib.

Noyabrın 18-də “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb ki, Uitkoff noyabrın 19-da Türkiyəyə səfər edəcək və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: