Clipboard01 1200

Rusiyalı komediya aktyoru Maksim Qalkin İsrail Milli Təhlükəsizlik Nazirliyinin araşdırması ilə bağlı xəbərə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə məlumatının olmadığını deyib.

“Mənim bundan xəbərim yoxdur, ilk dəfədir eşidirəm”, – Qalkin bildirib.

Paralel olaraq, İsrail polisi də jurnalistlərə hər hansı şikayətdən xəbərsiz olduqlarını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl “Mash” telegram kanalı Qalkinin həbs edilə biləcəyini yazmışdı.

Məlumata görə, araşdırmaya səbəb noyabrın əvvəlində komediyaçının Petah Tikvadakı konsertində baş verən insident olub.

Çıxışından sonra Qalkin ukrayna dilində bir neçə cümlə səsləndirib, daha sonra tamaşaçıdan Ukrayna bayrağını alaraq onun üzərini İsrail bayrağı ilə örtüb. Bu davranış israilli fəalların hiddətinə səbəb olub.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: