Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub.
Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H. Mirzəyev qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.















