
“Moskvada noyabrın 18-də hava istiliyi rekord həddinə yaxınlaşacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Meteoroloq, “Fobos” Hava Mərkəzinin mütəxəssisi Yevgeni Tışkovets deyib.
Onun sözlərinə görə, noyabrın 18-i, saat 12-yə qədər paytaxtda hava +7–10 dərəcə təşkil edəcək.
“Belə hal 1940-cı ilin həmin günü də yaşanmışdı. İstilik +9,4 dərəcə idi”-deyə, vurğulayıb.
Axşam saatlarına doğru havanın temperaturu +2 dərəcəyə düşəcək, küləyin sürəti saniyədə 15 metrə qədər çatacaq. Gün ərzində isə yağış gözlənilir
Tışkovetsin məlumatına görə, həftəsonu Moskvada yağışlı hava olacaq. Noyabrın 23-də gündüz temperaturu -3 dərəcəyə qədər enəcək və qar yağacağı proqnozlaşdırılır.
Safura Bənnayeva
Globalinfo.az