“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə biznes əlaqələri quran ölkələrə qarşı sanksiya layihəsini imzalamağa hazırdır. Lakin sənəddə qeyd olunmalıdır ki, hər hansı sanksiya ilə bağlı yekun qərarı məhz özü verəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbə məlumat yayıb.
“Tramp paketi genişləndirməyi, ora İranın da daxil edilməsini təklif edib. Bu təşəbbüsü respublikaçı senatorlar Lindsi Qraham və Brayan Fitspatrik irəli sürüblər. Onlar Rusiyanın enerji daşıyıcılarını alan ölkələrə məhdudiyyətlər qoymaq niyyətindədirlər.
Bundan başqa, Rusiya–Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlar davam edir, sadəcə, hazırda əsas gündəm deyil”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az














