Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib.
Globalinfo.az xəbər verir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin Atlantic Council, New Lines Institute, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və The National Interest jurnalından nümayəndələr iştirak ediblər.
Forum çərçivəsində ümumilikdə üç sessiya baş tutub.
“Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Vaşinqton Sammitinin nəticələri, sammitdən sonrakı münasibətlərin inkişaf prinsipləri, Ermənistan-Azərbaycan sülh prosesinin yeni imkanları və riskləri, həmçinin Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinin inteqrasiyası əsas tezislər olub.
Bakıda Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir.
Globalinfo.az xəbər verir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan–ABŞ dialoqu” mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin “Atlantic Council”, “New Lines Institute”, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və “The National Interest” jurnalının nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.






















