partlayis

Rusiyanın Qazaxıstanla sərhədə yaxın Omsk vilayətində güclü partlayış olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada paylaşımlar edilib.

İkin məlumata görə, xəsarət alan yoxdur. Qəzanın magistral qaz kəmərinin yeraltı hissəsində baş verdiyi bildirilir.

“Versiyalardan birinə görə, sözügedən yerdə qaz sızması qeydə alınıb. Hadisə yerində operativ xidmətlərin mütəxəssisləri çalışırlar. Səbəblər hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”, – deyə Rusiya kanallarında qeyd olunub.


Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: