lavrovv

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Almaniyadakı Nürnberq məhkəməsi və nasizmlə bağlı açıqlamaları ölkədə hiddətə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.de” nəşri məlumat yayıb.

“Onlar Lavrovun ittihamlarından şoka düşüblər”, – deyə bildirilib.

Noyabrın 16-da Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bəyan edib ki, müasir Avropada Nürnberq məhkəməsinin prinsipləri şübhəli görünür.

Nazir vurğulayıb ki, tribunal müasir beynəlxalq hüququn əsasını təşkil edən prinsipləri formalaşdırıb.

Qeyd edək ki, Nürnberq – İkinci Dünya müharibəsindən sonra Nasist Almaniyasının yüksək səviyyəli liderlərinin mühakimə olunduğu beynəlxalq məhkəmə prosesidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: