stubb

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya ilə bağlı çıxışına görə tənqid edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema danışıb.

“Stubb deyir ki, biz Ukraynanı Rusiyaya və onun hərbi sənayesinə hücum etmək üçün lazım olan istənilən silahla təmin etməliyik. Onun fikrincə, bu, Ukrayna münaqişəsinin həlli üçün açardır. Amma belə bir inkişaf ancaq fəlakətlə nəticələnəcək”, – o bildirib.

Siyasətçi qeyd edib ki, Moskva Kiyevin hər hücumuna daha ​​güclü cavab verir, ona görə də hərbi təzyiq həll yolu ola bilməz.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: